Bu gün dünyanın elə bir regionu tapmaq olmaz ki, orada müharibələr, münaqişələr, milli, irqi, dini zəmində qarşıdurmalar olmasın. Elə müharibələr var ki, məhəlli əhəmiyyət daşıyır, bir qismi isə maraqlı dövlətlərin dolayı iştirakı ilə aparılır. Yaxın Şərq kimi də dünyanın qaynar nöqtələri var ki, burada gedən müharibənin kim tərəfindən başladıldığı artıq əhəmiyyətini itirib və ən əsası da sülh danışıqlarına ehtiyac yarandığı halda masada müharibənin getdiyi ölkələrin təmsilçiləri yox, kənar güşlərin nümayəndələri oturur. Bəzən III dünya müharibəsinin yaxınlarda və yaxud yaxın illərdə baş verəcəyi haqda proqnozlar verilir. Politoloqların, konfliktoloqların, siyasi araşdırmaçıların qənaətinə görə isə bu müharibə artıq gedir, sadəcə "III Dünya Müharibəsi" adını verməyə çəkinirlər. Götürək Suriyanı, bu bədbəxt ölkədə gedən müharibədə hansı ölkənin barmağı və yaxud iştirakı yoxdur. Suriya, İraq, Livan, İordaniya, İran, Rusiya, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, ABŞ, Fransa, İngiltərə, Almaniya, İsrail və daha nə qədər ölkə bu müharibədə iştirak etməlidir ki, buna Dünya müharibəsi adını verəsən?
Videoda III Dünya müharibəsini başladacaq ölkənin sıra ilə adları göstərilib. Siz də baxın:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB