AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Həmkarlar təşkilatının təşəbbüsü ilə bir qrup İnstitut əməkdaşının Qax rayonuna üç günlük səfəri təşkil olunub. AMEA-dan SİA-ya verilən xəbərə görə, İnstitutun Həmkarlar təşkilatının sədri, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərovun rəhbərliyi altında səfərin ilk günü İnstitut əməkdaşları Qax rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyev tərəfindən qəbul ediliblər. İnstitut əməkdaşları ilə keçirilən görüşdə Azərbaycan xalqının möhtəşəm tarixi və mədəniyyəti baxımından bölgənin etnoqrafik əhəmiyyəti, arxeoloji abidələrinin qorunması mövzusunda məhsuldar və maraqlı fikir mübadiləsi aparılıb. Səmimi ruhda keçən görüşdə Qax rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nəzir Omarov və rayonun Tarix Diyarşünaslıq muzeyinin direktoru Mahir Əfəndi iştirak ediblər.
Daha sonra İnstitut əməkdaşları Qax şəhərindəki Heydər Əliyev mərkəzini ziyarət edib, Qax rayonu Tarix Diyarşünaslıq muzeyi və şəhərmərkəzindəki "İçərişəhər"lə tanış olublar. Həmçinin, AMEA Arxeologiya və Etnoqrafiya Institutunun əməkdaşları rayonun Qum kəndindəki alban məbədinə, Kürmük alban kilsəsinə və Yunus Əmrənin ziyarətgahına baş çəkiblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB