YAP Gənclər Birliyi növbəti möhtəşəm layihəsini təqdim etdi FOTOLAR

YAP Gənclər Birliyi növbəti möhtəşəm layihəsini təqdim etdi FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "FOREX" layihəsinin açılışı olub. SİA-nın məlumatına görə, tədbirdə YAP GB-nin sədri Seymur Orucov, iqtisadçı ekspert, FOREX Beynəlxalq Banklararası valyuta bazarı haqqında kitabların müəllifi Qafar İmamverdiyev və gənclər iştirak ediblər.

İlk öncə YAP GB-nin sədri Seymur Orucov layihə haqqında gənclərə məlumat verərək bildirib ki, əvvəlcə layihədə iştirak etmək üçün müsahibə mərhələsi keçirilib və müraciət edən iştirakçıların sayı 210 nəfər olub: "Online mərhələdə 80 nəfər iştirakçı, müsahibə mərhələsində isə 40 nəfər gənc fərqlənib. Gənclər layihəyə uyğun kriteriyalar əsasında seçilib ki, onların da bu yöndə nailiyyət əldə edəcəklərindən şübhə etmirik".

Seymur Orucov layihədə iştirak edən bütün gənclərə uğurlar arzu edib.

Daha sonra iqtisadçı ekspert Qafar İmamverdiyev çıxış edərək Dünya Birjası, Valyuta bazarı, Valyuta ilə işləməyi, Valyuta bazarında uğurlu biznesin qurulması və.s haqqda geniş məlumat verib.

Tədbir layihə ətrafında maraqlı diskussiya ilə başa çatıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə