Azərbaycan Tələbələr Birliyi (ATB) Beynəlxalq Tələbə Günü münasibətilə elan etdiyi "Tələbə həftəsi"nə noyabrın 10-da start verib. Noyabrın 17-dək davam edəcək "Tələbə həftəsi" çərçivəsində ilk tədbir Bakı Dövlət Universitetində təşkil olunub. ATB-dən bildiriblər ki, tədbirdə dövlət və hökumət qurumlarının, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Bakı Dövlət Universitetinin tələbə-gənclər təşkilatının sədri Nicat Kərimov çıxış edərək ATB-nin həyata keçirdiyi "Tələbə həftəsi"nin əhəmiyyətindən, reallaşdırdığı tədbirlərdən danışıb.
ATB-nin sədri Elvin Aslanov tələbələrin ölkəmizin ictimai həyatında fəal iştirak etdiklərini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Prezidentinin tələbələrin keyfiyyətli təhsilinə göstərdiyi yüksək diqqətin nəticəsidir ki, son illərdə onlarla bağlı mühüm tədbirlər, dövlət proqramları həyata keçirilir. ATB də tələbələrin fəallığının artırılması, təhsil imkanlarının genişləndirilməsi istiqamətində bir sıra tədbirlər reallaşdırır.
Digər çıxışlarda da ölkəmizdə həyata keçirilən gənclər siyasəti nəticəsində əldə edilən uğurlardan, bu istiqamətdə görülən tədbirlərdən danışılıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB