"Ermənistanın iclasda iştirak edib-etməməsi protokolda qeyd olunacaq". Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. O, MDB və Baltikyanı Ölkələrin Dəmir Yolları rəhbərlərinin görüşündən bəhs edib.
Onun sözlərinə görə, Ermənistanın toplantıda iştirak edib-etməməsi hələ ki, məlum deyil: "İclas sona çatmayıb və bizim nümayəndələr hələ də oradadır. Ermənistanın iclasda iştirak edib-etməməsi protokolda qeyd olunacaq".
Nadir Əzməmmədov bildirib ki, toplantıda müzakirə olunmuş məsələlər protokolda qeyd ediləcək: "İclasda müəyyən məsələlər qoyulur və həmin məsələlər haqda ətraflı müzakirələr gedir. Bu iclas biz tərəfdən keçirilmədiyinə görə hansı məsələlərin müzakirə ediləcəyi hələ ki, bizə məlum deyil. Çünki iclasa rəhbərliyi biz etmirik. Nümayəndələrimiz iclas bitdikdən sonra protokolda həmin məsələləri qeyd edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB