BBC-nin jurnalisti: "Azərbaycanda əfsanəvi təcrübə yaşadım" AÇIQLAMA FOTOLAR

BBC-nin jurnalisti: "Azərbaycanda əfsanəvi təcrübə yaşadım" AÇIQLAMA FOTOLAR

"Mən 2012-ci ildə ölkənizdə olmuşam. Azərbaycan çox gözəldir". Bu sözləri SİA-ya açıqlamasında BBS Afrikanın qanalı jurnalisti Angela Asante deyib. O, Azərbaycanda bir çox yerlərdə olduğunu bildirib: "Yanardağ, Alov qüllələrində oldum, Bakını və Şəkini gəzdim, səfalı məkanlarda oldum. Həmin vaxt Azərbaycanda futbol üzrə 17 yaşadək qızlar arasında dünya çempionatı keçirilirdi. Ölkənizdə əfsanəvi təcrübə yaşadım. Burada gənclər və yaşlılarla ünsiyyətdə oldum. Hər kəs çox qonaqpərvər idi. Orada keçirdiyim üç həftə məndə böyük xatirələr yaratdı. Mən yenidən Azərbaycana gəlmək istəyərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə