"Əsas müzakirələr məhz hansı məhsulların ABŞ bazarına çıxarılması haqda baş tutub". Bu sözləri SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.
O, kənd əsərrüfatı naziri Heydər Əsədovla ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta arasında keçən görüşdə hansı məsələlərin müzakirə olunduğundan danışıb.
Murtuzəli Hacıyev bildirib ki, tərəflər arasında danışıqlar həyata keçiriləcək işlərin ilkin versiyasını təşkil edir: "ABŞ səfiri Robert Sekuta ilə keçirilən görüş ümumi xarakter daşıyır. Burada Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının ABŞ bazarına çıxarılması məsələsi müzakirə olunub. Lakin hələ hansı ərzaqların ABŞ bazarına çıxarılacağı haqda bir məlumat yoxdur. Hələlik ilkin məsləhətləşmə gedir".
Onun sözlərinə görə, gələcəkdə hansı məhsulların ABŞ bazarına çıxarılması müəyyənləşəcək və bu haqda məlumat veriləcək: "Əsas müzakirələr də, məhz bu yöndə gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB