“Açıq əyləncəvi futbol məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir Nizami rayonunda keçirilib FOTOLAR
Yeniyetmələrin, o cümlədən, məcburi köçkün və qaçqın ailələrindən olan uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə keçirilən "Açıq əyləncəvi futbol məktəbləri" layihəsi çərçivəsində növbəti tədbir Nizami rayonunda keçirilib.
SİA-nın xəbərinə görə, AFFA və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə layihənin rəhbəri, AFFA-nın I vitse-prezidenti, Milli Məclisə keçirilən seçkilrdə namizədliyi qeydə alınan Rauf Əliyev, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, həmçinin, Nizami rayon İcra Hakimiyyətinin və Nizami rayon Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak ediblər.
Çıxış edən layihənin rəhbəri, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev bildirib ki, Azərbaycanda 2003-cü ildən başlayaraq "Açıq əyləncəvi futbol məktəbləri" layihəsi çərçivəsində tədbirlər həyata keçirilir. Layihənin həyata keçirilməsində məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq və sağlam həyat tərzini təbliq etmək etməkdir.
Rauf Əliyev deyib ki, Azərbaycan idmanı müstəqillik illərində böyük inkişaf yolu keçib, perspektivli yeniyetmə və gənc idmançıların aşkar edilməsi üçün ölkəmizdə əlverişli şərait yaradılıb. Bu gün Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. İdmançılarımızın istər ölkə daxilində, istərsə də respublikamızdan kənarda əldə etdikləri uğurlu nəticələr bunu bir daha təsdiqləyir.
YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva çıxış edərək ölkəmizdə idmana və gənc nəslin nümayəndələrinin sağlam tərbiyə edilməsinə böyük diqqət və qayğının olduğunu diqqətə çatdırıb: "Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir. Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, Azərbaycanda müasir idman infrastrukturunun yaradılmasında və idmanın ətrafında böyük gənclik ordusunun cəmləşməsində göstərir. Artıq bu gün Azərbaycanda yaradılmış müasir səviyyəli idman infrastrukturu istənilən yarışı yüksək səviyyədə qəbul etməyə imkan verir. Bu amil isə ölkəmizin beynəlxalq idman federasiyaları və təşkilatları yanındakı nüfuzuna da müsbət mənada təsir göstərib. Bu uğurun əldə edilməsinin əsası isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub".
Qeyd edək ki, tədbirdə ümumilikdə 150-dən artıq yeniyetmə, o cümlədən, rayonda məskunlaşmış məcburi köçkün ailələrindən olan uşaqlar iştirak edib. Sonda bütün iştirakçı uşaqlara müxtəlif idman ləvazimatları paylanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB