“Yüksək vəzifəli dövlət qulluqçuları üçün Strateji Liderlik Proqramı”
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən birdə həyata keçirilən və Avropa İttifaqı və Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və inkişaf Nazirliyi tərəfindən birgə maliyyələşdirilən "Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi" çərçivəsində "Yüksək vəzifəli dövlət qulluqçuları üçün Strateji Liderlik Proqramı" üzrə ilk təlim sessiyası öz işinə başlayıb. SİA-nın məlumatına görə, proqramın məqsədi yüksək vəzifəli dövlət qulluqçularının liderlik bacarıqlarının artırılmasıdır. Proqram ümumilikdə 11 təlim günü olmaqla, Azərbaycanda və Litvada keçirilməsi nəzərdə tutulan 4 təlim sessiyasından ibarətdir.
Strateji Liderlik Proqramı pilot layihə şəklində Litva Dövlət İdarəçilik İnstitutu tərəfindən hazırlanıb. Proqram çərçivəsində keçirilən təlimlər peşəkar beynəlxalq ekspertlər tərəfindən keçirilir. Proqramda mərkəzi icra hakimiyyəti orqanlarının aparat rəhbərlərinin və şöbə müdirləri iştirak edib.
Üç gün davam edəcək birinci təlim sessiyasında "Rəhbərlik və liderlik", "Liderliyin mahiyyəti", "Liderlik və rəhbərlik arasında balans", "Liderin əsas rolu", "Rəhbərin həyata keçirdiyi qeyri-formal funksiyalar", "Strateji yanaşma uğurlu liderliyin təminatçısı kimi", "Şəxsi dəyərlərin aktuallığı", "Təşkilatçılıq mədəniyyətinin əsas elementləri", "Pozitiv liderlik", "İş yerində münaqişələrin idarəedilməsi" və.s mövzular ətrafında məruzə və təqdimatlar dinlənilib.
Qeyd edək ki, birinci Strateji Liderlik Proqramının 2016-cı ilin fevral ayında başa çatdırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB