Prezident İlham Əliyevin 20 fevral 2015-ci il tarixli ""Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən silsilə tədbirlər keçirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən "Epos və etnos" Beynəlxalq Simpoziumunda iştirak etmək üçün Bakıda səfərdə olan Ardahan Universitetinin (Türkiyə) rektoru, professor Ramazan Korkmaz Bilik Fondunda olub. Fondun informasiya təminatı sektorundan SİA-ya verilən xəbərə görə, icraçı direktor Oktay Səmədov Bilik Fondunun fəaliyyəti, həyata keçirilən layihələr haqqında ərtaflı məlumat verib.
Maarifləndiricilik işinin əhəmiyyətini vurğulayan Ramazan Korkmaz Bilik Fondu ilə Ardahan Universiteti arasında qurula biləcək əlaqələrdən danışıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qonağa Bilik Fondunun hədiyyəsi təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB