Rusiyalı deputat: "Xəzərsən səmərəli istifadə etmək lazımdır"

Rusiyalı deputat: "Xəzərsən səmərəli istifadə etmək lazımdır"

Xəzər enerji və bioehtiyatlarla zəngin olan mühüm regiondur. Bu fikri Rusiya Federasiyası Dövlət Dumasının milli məsələlər komitəsinin sədri Hacımet Səfərəliyev AZƏRTAC-a müsahibəsində səsləndirib. O deyib: "İnsanlar min illərdir Xəzərin hövzəsində yaşayırlar və bu gün biz qərara gəldik ki, birləşmək və Xəzərin olduqca zəngin təbii ehtiyatlarından səmərəli istifadə etmək lazımdır. Bununla yanaşı, biz vaxtilə bir dövlətin tərkibində yaşayarkən mövcud olan münasibətləri mütləq inkişaf etdirməliyik".

Dövlət Duması deputatının sözlərinə görə, bu gün Rusiyanın bir neçə əsas tərəfdaşı, o cümlədən Xəzəryanı dövlətlərdən Qazaxıstan və Azərbaycan kimi tərəfdaşları var.

H.Səfərəliyev deyib: "Bu baxımdan, Xəzərdə hansı problemlərin olduğunu, enerji resurslarından necə səmərəli istifadə etməyi, bu nadir bioregionun qorunub saxlanması yollarını müzakirə etmək vacibdir. "Xəzər paradiqması/ŞƏT enerji forumu" adlı V beynəlxalq konfrans fikir mübadiləsi baxımından əhəmiyyətlidir".

O, hesab edir ki, Aktaudakı biznes forum siyasətçilərə və dövlət xadimlərinə regionda qarşılıqlı dostluq siyasətinin davam etdirilməsi üçün şərait yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə