2015-ci ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsindən hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrin hərbi qulluqçusu, 1996-cı il təvəllüdlü əsgər Məhəmməd Malik oğlu Siraclının ölümü ilə əlaqədar Qazax Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Məlumatda deyilir: "Bildiririk ki, baş vermiş hadisə ilə bağlı ictimaiyyətə dəqiq məlumatın çatdırılması məqsədilə müvafiq qaydada Müdafiə Nazirliyi və Hərbi Prokurorluq birgə tədbirlər həyata keçirir. Lakin bəzi kütləvi informasiya vasitələri tələskənliyə yol verərək qeyri-dəqiq, rəsmi təsdiqlənməyən məlumatlar yaymaqla ictimaiyyətdə yanlış təsəvvürün yaranmasına səbəb ola bilər. Buna görə də Silahlı Qüvvələr haqqında verilən xəbərlərin Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi bir daha tövsiyə olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB