Noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini, ilkin ehtimala görə 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, saxlanılan Ermənistan vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.
Qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB