Bakıda ticarət mərkəzində yanğın

Bakıda ticarət mərkəzində yanğın

Bu gün Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 220 kv.m olan ticarət mərkəzində yanğın olub. Nazirliyin saytı xəbər verir ki, mərkəzin çöl divarına quraşdırılmış elektrik qutusunda 2 ədəd elektrik sayğacı və 2 ədəd elektrik qoruyucu yanıb.

Ticarət mərkəzi yanğından mühafizə olunub.

Yanğın saat 12:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə