"Din və siyasət pərdəsi altında hakimiyyətə təzyiq göstərmək Azərbaycanda qeyri mümkündür". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə Sabunçu rayonunda baş vermiş qeyri qanuni aksiya ilə bağlı deyib.
Onun sözlərinə görə, aksiya iştirakçıları din adı altında hakimiyyətə zor göstərmək niyyətində olub lakin bu şəxslərin qarşısı alınıb: "Kimlərsə özlərini qanundan və hüquqdan üstün tutur. Qeyri-qanuni aksiya keçirmək, qanunun fəaliyyətini iflic vəziyyətə gətirməyə cəhd etmək yolverilməz və qanuna zidd olan bir davranışdır. Bunun nə din, nə də qeyri hökumət təşkilatı adı aparılan ictimai hərəkatla heç bir əlaqəsi yoxdur".
Bu şəxslərin aksiya keçirməklə Azərbaycan dövlətinin gücünü yoxlamaq niyyətində olduğunu deyən Aydın Mirzəzadə bu cəhdin uğursuz olduğunu bildirib: "Küçədə zor tətbiq etmək hakimiyyətə təzyiq göstərməyin bir formasıdır. Ancaq bunun qarşısı alındı. Onlara qarşı qanunda nəzərdə tutulan tədbirlər həyata keçirildi və bununla da məsələ bitdi. Bu gün verilən məlumatlara görə, aksiya bölgəsi sakitdir və orada heç bir narahatçılıq yoxdur. Bu bir daha göstərir ki, Azərbaycan hüquqi dövlətdir və burada bütün məsələlər yalnız hüquq çərçivəsində həll edilir. Din və siyasət pərdəsi altında hakimiyyətə təzyiq göstərmək Azərbaycanda qeyri-mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB