Kimsə Azərbaycanda qarışıqlıq yaradaraq buranı İraqa, Suriyaya çevirməyə cəhd fikrini heç ağlından belə keçirməsin. Çünki onların bu istəyi heç zaman baş tutmayacaq. Onların bu xülyalarının, cəhdə bənzər hərəkətlərinin qarşısı sərt şəkildə alınacaq. SİA xəbər verir ki, bunu milli.az-a açıqlamasında Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov bəzi radikal dini qrupların ölkədə qarışıqlıq yaratmaq cəhdlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan qanunlarını pozan hər bir şəxs qanun qarşısında cavab verməlidir.
Millət vəkili hesab edir ki, Bakının Sabunçu rayonunda radikal qrupun nümayəndələri ilə bağlı baş vermiş hadisə əslində politoloji yox, inzibati məsələdir. Bununla yanaşı, kənardan idarə olunan və din pərdəsi altında gizlənən qrupların Azərbaycanda qarşılıqlıq yaratmaq istəklərini hüquq-mühafizə və xüsusi xidmət orqanları, dövlət müstəqilliyini, təhlükəsizliyini təmin edənlər araşdırmalı, konkret faktlar varsa, onlar ictimaiyyətə açıqlanmalıdır: "Azərbaycana qarşı uzadılan belə əllər kəsilməlidir. Belə qüvvələr cürbəcürdür. Bura ermənilərdən tutmuş, islam dini pərdəsi altında gizlənmiş radikal qruplar və s. aiddir. Amma şükürlər olsun ki, bu vaxta kimi bu cür cəhdlərin qarşısını həmişə almışıq və əminəm ki, bundan sonra da alınacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB