"Bu gün din pərdəsi altında Azərbaycanda siyasi prosesləri pozmağa, kimlərinsə təlimatını icra etməyə yönəlmiş qüvvələr var. Əvvəllər biraz hiyləgər yollarla siyasətə təsir etməyə çalışırdılar, amma indi isə açıq şəkildə mövqelərini ortaya qoyaraq ambisiyalarını irəli sürmək istəyirlər. Onlar qara bayraq qaldıraraq, Məhərrəmlik ayında dindən, İslamdan uzaq olan hərəkətlər edirlər". Bu fikirləri SİA-ya açıqlamasında AMDP-nin sədri, politoloq Elşən Musayev deyib.
O, belə halların dövlət tərəfindən qətiyyətlə qaşısının alınacağını bildirib. Politoloq ölkədə sabitliyi pozmağa çalışan qüvvələrin məqsədlərinə çata bilməyəcəklərini qeyd edib: "Müsəlman Birliyi Hərəkatının sədri kimi təqdim olunan Tale adlı şəxsin həbsxanadan çıxandan sonra yeni təlimatlarla işləməsi aydın görsənir. Yəqin onlara hansısa dövlətdən bəlli bir miqdarda maliyyə vasaiti də gəlir. Onların məsələsi din yox, siyasətdir. İstəyirlər hər kəs özləri kimi zombi təfəkkürdə olsun və belə insanları ətraflarına cəlb etməyə çalışırlar. Ancaq onlar bunu görməyəcəklər. Azərbaycan dövləti heç zaman onların arzuladığı dövlət olmayacaq. Özlərindən deyən, din pərdəsi altında oyunlardan çıxanlar bəlkə də namaz qılmır, oruc tutmur və dini ayinlərdən xəbərləri yoxdur".
E.Musayev belə təxribatlar törədənlərin konkret missiya icra etdiklərini vurğulayıb: "Noyabrın 5-də Sabunçuda baş verənləri birmənalı şəkildə pisləyirəm. Tale adlı şəxsin müavini kimi göstərilən Elçinin həbsi də tamamilə düzgündür. Talenin özü də həsdə olmalıdır. Onun törətdiyi cinayətlər, dövlətə qarşı təxribatları, din faktoru ilə oynamağı açıq şəkildə ortadadır. Azərbaycan dövləti saxta dindarların qarşısını alır və alacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB