Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, havanın temperaturu gecə 7-10, gündüz 12-14 dərəcə isti olacaq.
Sabah Azərbaycanın bölgələrinin bəzi yerlərində yağış yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərində duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 10-15, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB