"Hər kv.metrə verilən məbləğ normaldır, lakin bu, kiçik mənzillər üçün sərfəli deyil". Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Rəşad Əliyev deyib.
Söküntüyə gedən evlər haqqında danışan iqtisadçı bildirib ki, bu evlərin əksəriyyəti standartlara cavab vermir və orada yaşayan insanların tələbatlarını ödəmir: "Əslində 1 kv.metrə 1 500-2 000 manat məbləğin verilməsi yaxşı təklifdir. Sovetskidəki kiçik mənzillərdə 5-6 nəfər adam yaşayır və mənzil kiçik olduğundan, bir evə təklif olunan ümumi məbləğ də az olur. Həmin məbləğlə ev almaq çox çətin olur. Beləliklə kiçik mənzillər sökülən zaman müəyyən problemlər yaranır".
Ekspert bildirib ki, bu məsələni bir sıra yollarla nizamlamaq olar: "Bunun üçün dövlət ya evin kvadratına verilən məbləği qaldırmalı, ya da evi sökülən şəxsləri yeni mənzillə təmin etməlidir. Məbləği artırmaq məqsədə uyğun deyil. Çünki əgər məbləğ kiçik evlər üçün qaldırılarsa, digər böyük mənzillər üçün də qaldırılmalıdır. Bu da danışıqlarda hərc-mərcliyə yol aça bilər. Ən yaxşısı, evi sökülən vətəndaşları yeni mənzillərlə təmin etməkdir. Binalar inşa edilə və həmin binalardan vətəndaşlara mənzil verilə bilər ki, bu forma bəzi yerlərdə tətbiq olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB