Bakı şəhər İcra hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsi Bayraq gününə həsr olunmuş " Dövlətçiliyimizin rəmzi" adlı tədbir keçirib.SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin "N" saylı hərbi hissəsində baş tutdu. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başladı. Qeyd edək ki, Azərbaycan Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən biridir. Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı olan bu bayraq milli-mənəvi dəyərləri və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis 9 noyabrı Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Tədbiri giriş sözü ilə açan Kino Xidməti İdarəsinin rəisi Gültəkin Həsənova Dövlət Sərhəd xidmətinin zabit və əsgər heyətini bayram münasibətilə təbrik etdi, dövlət bayrağının tarixinə toxundu. Bildirdi ki, hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının müqəddəs rəmzlərindən biri olan bayraq dövlətimizin müstəqilliyini təcəssüm etdirir.
Tədbirdə çıxış edən Sahil Mühafizəsi rəisinin şəxsi heyət üzrə müavini polkovnik-leytenant Elnur Həbibov qeyd etdi ki, 1991-ci il oktyabrın 18-də müvafiq Konstitutsiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü AXC-nin varisi elan edərkən, onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını qəbul edib.
Bayraq Gününə həsr olunmuş tədbirdə çıxış edən Kino Xidməti İdarəsinin rəis müavini Cəmil Xəlilov Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar "Dövlətçiliyimizin rəmzi" adlı tədbirin bədii hissəsini açıq elan etdi.
Dövlət Sərhəd xidmətinin zabit və əsgər heyətinin iştirak etdiyi tədbirdə çıxış edən söz, sənət ustaları vətənpərvərlik mövzusunda yazılan şerlər və mahnılar səsləndirdi.
Tofiq Rəfailoğlu




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB