Azərbaycan son 100 ilin rekordunu qırıb Açıqlama

Azərbaycan son 100 ilin rekordunu qırıb Açıqlama

2015-ci ildə Azərbaycan məhsuldarlıq üzrə son 100 ilin rekordunu qırıb. Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov məlumat verib.

Onun sözlərinə görə bu il ölkədə yetərincə məhsul istehsal olunub: "2015-ci ildə ölkədə 1.7 milyon ton ərzaqlıq buğda istehsal olunub. Ölkənin ərzaqlıq buğdaya olan tələbatı da elə məhz 1.7 milyon tonu təşkil edir. Lakin 1.7 milyon tonluq buğdadan həm təkrar əkin aparmaq üçün, həm səpin üçün, həm də onlardan mal-qara və quşların yemi üçün istifadə edilir. Məhsulun 3 faizə qədəri itkiyə gedir. Nəticədə məhsulun 60-70 faizi ilə özümüzü təmin edir, qalan hissəni isə digər ölkələrdən uyğun şərtlərlə idxal edirik".

İmran Cümşüdov bildirib ki, 2015-ci ildə Azərbaycan taxıl məhsuldarlığı ilə bağlı son 100 ilin rekordunu qırıb: "Bir hektar üzrə sahədən 30,4 sentner məhsul əldə etmişik. Bu uğura əkin sahələrini artırmaqla yox, hektardan məhsuldarlığı yüksəltməklə nail olmuşuq. Bu dövlətin apardığı aqrar siyasətin nəticəsidir ki, 2015-ci ildə ölkəmiz üçün yetərincə məhsul istehsal edə bilmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə