Sabahdan hava soyuyacaq XƏBƏRDARLIQ

Sabahdan hava soyuyacaq XƏBƏRDARLIQ

Sabah axşamdan başlayaraq ölkə ərazisində hava soyuyacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, noyabrın 7-si axşamdan noyabrın 11-i gündüzə kimi ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Yağıntının dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimal edilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə enəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə