Gəncənin rabitə şəbəkəsində 54 paylayıcı şkaf dəyişdirilərək yeni optik şkafla əvəzlənib. Bunun sayəsində nömrə tutumuna 21 mindən çox yeni nömrə əlavə edilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncədə hazırda 188 paylayıcı şkaf var. Optik şkafların quraşdırılmasına bu ilin mart ayından başlanılıb və oktyabrın sonunda tam başa çatıb. Optik şkaflar Çin istehsalıdır. Layihəyə uyğun olaraq 50 km uzunluğunda optik kabel də çəkilib. Bu şkafların sayəsində abonentlər müasir standartlara cavab verən rabitə, yüksək sürətli internetlə təmin olunur.
Gəncədə hazırda 57 min abonentə 16 ATS xidmət edir. Yeni quraşdırılan optik şkafların hər birinə əlavə olaraq 400-500 nömrə artırılıb.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB