"ASAN xidmət" lisenziyaları verməyə başladı

Hazırda 23 dövlət qurumu tərəfindən 59 fəaliyyət növü lisenziyalaşdırılır
"ASAN xidmət" lisenziyaları verməyə başladı

ASAN Xidmət mərkəzlərində sahibkarlıq lisenziyalarının verilməsinə başlanılıb. 5 saylı ASAN Xidmət mərkəzində ilk olaraq nəqliyyat sahəsi üzrə lisenziyalar sahibkarlara təqdim olunub. ASAN Xidmət mərkəzlərində sahibkarlıq lisenziyalarının verilməsinə başlanılıb. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 5 saylı ''ASAN Xidmət'' mərkəzində ilk olaraq nəqliyyat sahəsi üzrə, yəni avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar və taksi minik avtomobillərində sərnişindaşıma fəaliyyəti üzrə lisenziyalar sahibkarlara təqdim olunub

İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədov bildirib ki, hazırda verilən lisenziyaların sayının minimuma endirilməsi ,qaydaların sadələşdirilməsinə dair təkliflər hazırlanır.Ona görə də yeni lisenziyalaşdırılan fəaliyyət növü üzrə lisenziya əldə etmək istəyən sahibkarlar biraz gözləməli olacaqlar

Hazırda 23 dövlət qurumu tərəfindən 59 fəaliyyət növü lisenziyalaşdırılır. Noyabrın 2-dən bu günədək lisenziyaların yenilənməsi ilə bağlı 600 müraciət daxil olub.Onlardan 57 -si icraata götürülüb.Qısa müddətdə həmin lisenziyalar sahiblərinə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə