Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri başlayıb. Tbilisinin Şota Rustaveli hava limanında Azərbaycan Prezidentini Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze qarşılayıb.
Azərbaycan prezidentinin gürcü həmkarı Georgi Marqvelaşvili ilə təkbətək və geniş tərkibdə görüşü, təhlükəsizlik, siyasət, iqtisadiyyat, ticarət, tranzit və mədəniyyət sahələrində ikitərəfli müqavilələrin imzalanması planlaşdırılır.
Bundan başqa, İlham Əliyev Gürcüstanın baş naziri, parlament spikeri və dini lideri II İlya ilə də görüşlər keçirəcək.
Səfər çərçivəsində İlham Əliyev azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsinə səfər edəcək.
Marneulidə yaşayan soydaşlarımızla görüşəcək.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB