“Bayraq günü” üçün həmrəylik çağırışı

“Bayraq günü” üçün həmrəylik çağırışı

Azərbaycan Tələbələr Birliyi 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar tələbələrə və vətəndaşlara çağırış edib. Birlikdən SİA-ya verilən məlumata görə, çağırışda internet istifadəçisi olan hər bir azərbaycanlının noyabrın 9-da istifadə etdikləri sosial şəbəkələrdəki profil və örtük şəkillərini yalnız bir günlüyünə Azərbaycan bayrağının fərqli görüntüləri ilə əvəzlənməsi xahiş olunur.

Təşkilatın Elvin Aslanov bildirib ki, bu aksiya həmrəyliyimizi dünya ictimaiyyətinə göstərmək məqsədi daşıyır: "Bununla da dövlətimizin başçısı İlham Əliyevin "Bizim bayrağımız qürur mənbəyimizdir" sözlərini əməli işimizlə göstərə və bir daha milli suverenliyimizin simvolu, dövlətçilik rəmzimiz olan bayrağa hörmət hissimizi nümayiş etdirə bilərik".

E.Aslanov sosial şəbəkələrdə azərbaycanlı istifadəçilərin müxtəlif ölkələrdən insanlarla dost olduqları nəzərə alınaraq, belə aksiya səmərəli olacağını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə