Təbii qazın verilişində fasilələr yaranacaq

Bakı şəhəri Nizami və Suraxanı rayonlarında həmçinin Mingəşevir, Ağstafa və Quba rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Təbii qazın verilişində fasilələr yaranacaq

Yeni çəkilmiş qaz kəmərlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi,qış mövsümündə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə 04 noyabr 2015-ci il tarixdə saat 1000-dan işlər yekunlaşanadək Nizami rayonunda qaz olmayacaq. SİA-ya verilən məlumata görə, 8-ci km qəsəbəsində,saat 1000-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Qaraçuxur və Əmircan qəsəbələrində, saat 0900-dan 1800 dək Mingəçevir şəhərində, saat 1000-dan 1800 dək Ağstafa rayonunda, saat 1000-dan 1600 dək isə Quba rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə