Avtobus və yük avtomobili sürücülərinə sərt nəzarət tətbiq ediləcək. Qaydaları pozanlar az qala bir avtomobil qiyməti məbləğində cərimə olunacaqlar. Cərimənin tətbiq ediləcəyi hallardan biri yük avtomobilləri və sərnişin avtobusların reysqabağı texniki baxışı, eləcə də sürücülərin tibbi müayinəsi ilə bağlıdır.
Əvvəllər yalnız cərimələr 50-250 manat arasında dəyişirdi. Avtobusu sürücülük hüququ olmayan şəxs idarə edirdisə, cərimənin miqdarı yalnız 100 manat olurdu. Dekabrın 1-dən tətbiq ediləcək yeni qaydalarda avtobusu sərxoş halda idarə edən sürücülərə qarşı da cəzalar sərtləşdirilib.
Yollarda istər minik avtomobili, istərsə də avtobusların sürücüləri xuliqanlıq edərsə 4000 manata qədər cərimə ediləcək və sürücülük hüququndan 2 illik məhrum ediləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB