Qadın polis soyğunçunu yaxaladı

Qadın polis soyğunçunu yaxaladı

İndi bir qadın polisin məharətini gətiririk ekranlara. O qadın polis ki, xidməti vaxtı olmasa da, soyğunçuluq faktına biganə qalmayıb və hadisəyə müdaxilə edərək, soyğunçunu saxlayıb. Yaşlı qadının əlindən çantasını götürərək qaçan naməlum şəxsi həmin vaxt ərazidə olan qadın polis saxlayıb. Ötən gün paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Axşam saatlarında naməlum şəxs Bakı şəhər sakini Elmira Həsənovaya qarşı zor tətbiq etməklə, içərisində 450 manat pul və sənədlər olan əl çantasını alaraq hadisə yerindən qaçıb. Bu zaman həmin ərazidən keçən qadın polis Aygün Səmədova xidməti vaxtı olmasa da, hadisəyə müdaxilə edib və soyğunçuluq edən şəxsi yaxalayıb.

Daha sonra polis Aygün Səmədova saxladığı şəxsi aidiyyatı üzrə 24-cü Polis Bölməsinə təhvil verib. Araşdırmalar zamanı həmin şəxsin paytaxt sakini, 29 yaşlı Elçin Xudadatov olduğu müəyyənləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə