Axtarılan 16 nəfər tutulub

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 78 cinayət faktından 16-nın üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir nəfər ölüb, beş nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 30 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə