Sakinlər qaz üzünə həsrət qalıblar

Sakinlər qaz üzünə həsrət qalıblar

Abşeron rayonunun Masazır qəsəbəsində qazın verilişi 4 gündür ki, dayandırılıb. SİA-nın məlumatına görə, qazın verilişi 30 oktyabr tarixindən bu günə qədər dayandırılıb.

Qəsəbə sakinlərinin verdiyi məlumata görə, bu tip hallar oktyabr ayının ortalarından baş verir. Belə ki, oktyabr ayının ortalarından başlayaraq qazın verilişi müəyyən fasilələrlə dayandırılır.

Bu barədə SİA-ya açıqlama verən "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib ki, Abşeron rayonunun Masazır qəsəbəsində qazın verilişinin dayandırılması ilə bağlı sakinlər tərəfindən heç bir şikayət daxil olmayıb: "Bu barədə "Azəriqaz"ın qaynar xəttinə heç bir müraciət daxil olunmayıb. Təbii ki, bununla bağlı müəyyən araşdırma aparılacaq və məsələyə aydınlıq gətiriləcək. Lakin həmin bölgədə heç bir problem qeydə alınmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə