Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və "Yeni Gələcək" Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Təhsilli gənclik - gələcəyin açarıdır" adlı layihənin seminarlarının, treninqlərinin Nərimanov rayonunda fəaliyyət göstərən ali təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulub. SİA-nın verdiyi məlumata görə, layihənin məqsədi gənclərin dövlət üçün yararlı gənc ixtisaslı kadr olmaqları üçün düzgün ixtisas seçiminin üstünlüklərinin aşılanması, gənclərin liderlik bacarıqlarının, şəxsi inkişaflarının, təşkilati quruculuq, komanda və fərdi şəkildə fəaliyyət göstərə bilmələri ilə yanaşı düzgün qərar qəbul etmək kimi bacarıqlarının inkişaf etdirilməsidir.
İlk seminar 02 noyabr 2015-ci il tarixdə Azərbaycan Müəllimlər İnstitutunda keçirilib. Seminarda "Gənclər üçün Təhsil Mərkəzi"nin direktoru Fəxrəddin Həsənzadə və "Mənim təhsilim – mənim gələcəyim" adlı kampaniyanın rəhbəri Rövşən Nəcəfov gənclərə təlimlər keçmiş, gəncləri maraqlandıran sualları cavablandırmışlar.
Təlimlər 08 noyabr 2015-ci il tarixə kimi davam edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB