Selin fəsadları hələ də qalır

Sakinlər həyətlərə yığılan sulara görə çətinliklə üzləşiblər
Selin fəsadları hələ də qalır

Lənkəran rayonuna yağan intensiv yağıntının miqdarı azalmağa başlasa da, kəndlərdə çaylardan gələn su həyətlərdə qalmaqdadır. Bu vəziyyət isə kənd sakinlərini çətinliklərlə üz-üzə qoyub. Bənzər durum Cəlilabadda da mövcuddur. Lənkəranın əksər kəndlərində sel səbəbi ilə yaranan problemləri aradan qaldırmaq hələ tam mümkün olmayıb.Su kanallarının və kanalizasiyaların dolub-daşması nəticəsində ən çox ziyan Sütamurdov və Şilavar kəndinə dəyib.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Möhübbət Babayevin verdiyi məlumata görə, rayon ərazisində 3 avtomobil körpüsünün dayaqlarını su yuyaraq qəzalı vəziyyətə salıb. 7-dən artıq dəmir konustruksiyalı piyada keçidlərini sel yuyub aparıb. Dağ kənd massivlərində torpaq sürüşməsi nəticəsində yollara çoxlu torpaq kütləsi tökülüb, diametri bir metrdən artıq olan boruları sel sıradan çıxarıb. Dağ massivində yaşayan sakinlərin evlərində sürüşmələr qeydə alınıb. Ziyanın araşdırılması davam edir. Hazırda bölgədə yağıntılı hava şəraiti hökm sürür.

Cəlilabadda da selin fəsadları tam aradan qaldırılmayıb. Ən çətin vəziyyətin hökm srüdüyü Uzuntəpə qəsəbəsindəki Satansiya yaşayış mətəqəsidə bir çox yaşayış evi sel sularının təsirindən qəzalı duruma düşüb. Sakinlrin təsərrüfatına xeyli ziyan dəyib

Əraziyə cəlb olunmuş texnikalarla sel suları çəkilsə də çökək ərazilərdə hələ də qalır. Gün ərzində yağıntılı hava müşahisə olunmasa da Yaşayış məntəqəsindən keçən Mişarçayda bolsululuq müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə