Yalnız qadınlar deyil, kişilər və uşaqlar da insan alverinin qurbanı olur. Bununla mübarizə aparmaq üçün, ilk növbədə, maarifləndirmə tədbirlərini artırmaq lazımdır. Bu fikirlər Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təşkil olunan "İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə" mövzusunda tədbirdə səsləndirilib. Qeyd edilib ki, insan alveri ümumbəşəri faciədir. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən kolleclərin, peşə və ixtisas təhsili müəssisələrinin müəllim və şagirdləri arasında insan alverinə qarşı mübarizə məqsədilə tez-tez maarifləndirmə işləri həyata keçirilir. Toplantıda "İnsan alveri nədir?", "İnsan alverçiləri insanları (qurbanlarını) hansı yollarla tora salırlar", "İnsanları tora salmaq üçün hansı fəndlərdən istifadə edirlər?" mövzularında tədbir iştirakçılarına ətraflı məlumatlar verilib. Məruzəçilər gəncləri xarici ölkələrə səfər edərkən nələri yadda saxlamalı olduqları barədə maarifləndiriblər.
Tədbir iştirakçılarına insan alveri cinayətinin törədilmə formalarını əks etdirən bukletlər paylanılıb, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, qaynar xətt xidmətinin telefon nömrələri verilib.
Sonda "İnsan alverindən özünü qoru" adlı videoçarx nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB