"Bəzi marşrutların xətlərində dəyişikliklər olacaq" Açıqlama

"Bəzi marşrutların xətlərində dəyişikliklər olacaq" Açıqlama

""Baku Bus"ın bütün xətləri fəaliyyətə başladıqdan sonra bəzi marşrutların xətlərində dəyişikliklər olacaq". Bu sözləri SİA-ya açıqlamasında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib.

O bildirib ki, hazırda "Baku Bus"ın 6 xətti fəaliyyətdədir və hələ 8 xəttinin də fəaliyyətə başlaması gözlənilir: ""Baku Bus" avtobusları 14 xətt üzrə fəaliyyət göstərəcək. Məhz onların hamısı fəaliyyətə başladıqdan sonra digər marşrut xətlərində, onların nömrələrində və istiqamətlərində dəyişikliklər olacaq. Artıq 14 nömrəli marşrut bu gündən normal şəkildə fəaliyyətə başlayıb".

Onun sözlərinə görə, dəyişikliklər "Baku Bus" bütün xətlər üzrə fəaliyyətə başlayanadək davam edəcək: ""Baku Bus" hansı xətt üzrə fəaliyyətə başlayacaqsa həmin istiqamət müəyyən olunacaq və təsdiq olunandan sonra həmin xətt üzrə digər marşrutların xətti qısaldılacaq ki, həmin xətt üzrə yalnız "Baku Bus" hərəkət edə bilsin. Bu qərar "Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımaların Təşkili" MMC-də təsdiq olunur daha sonra isə "Baku Bus" fəaliyyətə başlayır. Bununla da köhnə marşrutların xətlərində dəyişikliklər edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə