Köhnə metro qatarları yeniləri ilə nə vaxt əvəz olunacaq? Açıqlama
"Qatarlar öz istismar müddətini başa vurduqdan sonra onlar yeni və ən müasir qatarlarla əvəz olunacaq". Bu sözləri SİA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, hazırda fəaliyyət göstərən xətlər öz istismar müddətini başa vurmayıb, məhz buna görə də yeni qatarların xəttə buraxılması hələ ki, nəzərdə tutulmayıb: "İstismar müddətini başa vurmamış qatarları xətdən çıxararaq onların yerinə yeni qatarlar salmaq olmaz. Hazırda istifadə edilən qatarlarımız öz istismar müddətini başa vurmayıb. Onlar istismar müddətini başa vurduqdan sonra yeni qatarlarla əvəz olunacaq. Lakin hələ ki, yeni qatarların gətirilməsi nəzərdə tutulmayıb".
Nəsimi Paşayev qeyd edib ki, bu qatarların hər birinin özünəməxsus istismar müddəti var: "Bu rəqəmlər fərqlidir. Bəzilərinin 30-35 il istismar müddəti var. Hazırda bu yaxınlarda istismar müddəti başa çatacaq qatarlarımız yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB