Serbiyalı müşahidəçi: “Vətəndaşlar ölkələrinə qarşı məsuliyyətlərini sübut etdilər”
Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə beynəlxalq müşahidəçi qismində akreditə olunmuş Serbiya parlament nümayəndələri mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, konfransda Serbiya Vladimir Marinkovic ölkə rəhbərliyi tərəfindən Bakıya dəvət edildiyi üçün təşəkkürlərini bildirib: "Azərbaycanda baş tutan parlament seçkilərində seçki dairəsinin 6 məntəqəsində olduq. Müşahidəçilərdən iqtidar və müxalifət partiyaların QHT nümayəndələri və adi vətəndaşlarla söhbətimiz oldu. Heç bir məntəqəyə iradlar olmadı. Dünənki seçkilər şəffaf və sakit keçirildi. Bu da Azərbaycanda seçkilərin demokratik formada keçirildiyini göstərən siqnaldır. Proses veb-kameraların nəzarəti altında baş tutdu. Bir çox ölkələrdə veb-kameralar hələ yoxdur. Müxtəlif təşkilatların nümayəndələri ilə görüşdük. Asiya, Avropa və ABŞ-dan gələn nümayəndə heyyəti ilə söhbət etdik. Ümumi müşahidəmiz ondan ibarət oldu ki, seçki tam sakit və şəffaf keçirildi. Vətəndaşlar səsverməyə gəlməklə ölkələrinə qarşı məsuliyyətli olduqlarını sübut etdilər. Bu seçkidə bəlli oldu ki, sizin ölkədə həm siyasi, həm də iqtisadi işlər uğurla davam edir. Biz müxtəlif siyasi partiyaları təmsil edirik. İqtisadi və siyasi baxımdan Serbiya və Azərbaycan arasında əlaqələr daha da möhkəmlənəcək. Növbəti parlament seçkilərinin də builki kimi demokratik keçməsini arzulayırıq".
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB