GUAM PA: “Səsvermə zamanı heç bir nöqsan olmadı”

GUAM PA: “Səsvermə zamanı heç bir nöqsan olmadı”

Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə beynəlxalq müşahidəçi qismində akreditə olunmuş GUAM Parlament Asabbleyasının nümayəndələri mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, konfransda GUAM-ın baş katibi Valeri Çeçelashvili Azərbaycanda baş tutan seçkilərin demokratik şəkildə keçirildiyini deyib: "Azərbaycanda keçirilən parlamet seçkilərinə görə 1 günlük gəlmişik. Biz qrup olaraq 3 nəfərdən ibarətik. Gün ərzində Bakıda bir neçə seçki məntəqəsində olduq. Müşahidələrimiz nəticəsində sənəd hazırladıq. Səsvermə günü Bakı şəhərində 20, Sumqayıtda isə 7 məntəqədə olduq. Seçkilər günü şahid olduq ki, hər şey qanuna uyğun təşkil olunub. Səsvermə zamanı heç bir nöqsan olmadı. Bunu da müsbət qiymətləndirmək lazımdır. Seçkilərdə vətəndaşlar öz hüquqlarından tam istifadə edə bildilər".

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə