MDB ölkələrinin Mərkəzi Seçki Komissiyalarının sədrləri və millət vəkillərindan ibarət 147 nümayəndə Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edib. SİA-nın məlumatına görə, bu barədə MDB Müşahidə Missiyasının rəhbəri, strukturun icraçı katibi Sergey Lebedev məlumat verib.
Onun sözlərinə görə, müşahidə missiyasında Ukrayna və Ermənistandan başqa bütün üzv ölkələr iştirak edib: "Ötən seçkilərlə müqayisədə bu seçkilər daha yüksək səviyyədə keçirilib. Sadəcə bir qədər xırda qüsurlar var idi. Mən özüm 10 məntəqədə seçkini müşahidə etdim. Qüsurlar ondan ibarət idi ki, məsələn, bir ailədən biri başqasının yerinə səs verib. Yalnız bu sahədə maarifləndirici məlumatlar bir qədər az idi. Ancaq nümayəndələr pozuntulara anında müdaxilə ediblər. Seçkini çoxsaylı müşahidəçilərin izləməsi onun şəffaf keçirilməsindən xəbər verir. Biz səsverən insanlardan seçki ilə bağlı soruşduqda onlar deyirdilər ki, əsas onlar üçün ölkədə sülh və əmin amanlığın olmasıdır".
Müşahidə Missiyasinin üzvu Sergey Danilenko bildirib ki, bu dəfəki seçkilərdə peşəkarlıq artıb: "Seçicilərə münasibət ideal səviyyədə idi"
Tofiq Rəfailoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB