İsrail knessetinin nümayəndələri: “Seçkilər şəffaf keçdi”

İsrail knessetinin nümayəndələri: “Seçkilər şəffaf keçdi”

Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə beynəlxalq müşahidəçi qismində akreditə olunmuş İsrail knessetinin nümayəndələri mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, konfransda Aviqdor Liberman seçkilərin yüksək səviyyədə keçirildiyini bildirib və heç bir qanun pozuntusuna rast gəlinmədiyini diqqətə çatdırıb: "Seçkilərdə vətəndaşların fəal iştirakının şahidi olduq. Azərbaycanda seçkilərin tam demokratik keçirildiyi üçün sizləri təbrik edirəm. Onu da deyim ki, məni İsrail Azərbaycan əməkdaşlığı maraqlandırır".

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə