QDİƏT müşahidəçiləri seçkilərdən razı qalıblar

QDİƏT müşahidəçiləri seçkilərdən razı qalıblar

1 noyabr tarixində Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə beynəlxalq müşahidəçi qismində akreditə olunmuş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) nümayəndələri seçkilərin nəticələri ilə bağlı mətbuat konfransı keçiriblər. SİA-nın verdiyi xəbərə görə, konfransda seçkilərin tam şəffaf keçdiyini bildiriblər.

Tədbirdə Yunanıstan parlamentinin üzvü Symeon Kedikoglou 3 gündür Azərbaycanda olduğunu deyib. Diqqətə çatdırıb ki, bir sıra seçki məntəqələrində olub və seçkilərin qayda-qanuna uyğun şəkildə keçirildiyini müşahidə edib.

Bolqarıstan parlamentinin üzvü Petra Georgiev Kanev: "Bütün hallarda seçki prosesi normal keçdi. 10 ildir Azərbaycana gəlmirəm. Müsbət deyişikliyin şahidi olmuşam. Seçkilər Avropa standartlarına uyğun keçirildi".

Serbiya parlamentinin vitse-spikeri İqor Becic isə çoxlu sayda seçki məntəqəsində olduğunu və hər hansı seçki pozuntusu ilə qarşılaşmadığını qeyd edib: "Bu baxımdan deyə bilərəm ki, təşkilatçılıq çox yaxşı idi. Mən demokratik seçkilərlə əlaqədar Azərbaycan xalqını təbrik edirəm. Seçki prosesi yüksək səviyyədə təşkil olunmuşdu".

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə