“Kommersant”: Seçkilər insidentsiz başa çatıb

“Kommersant”: Seçkilər insidentsiz başa çatıb

Rusiyanın tanınmış "Kommersant" informasiya agentliyi Azərbaycanda keçirilən seçkilərin şəffaf şəkildə keçirildiyini yazır. Secki-2015.az saytı xəbər verir ki, məlumatda bir sıra müstəqil "exit-poll" keçirən təşkilatların nəticələri əsasında seçkilərin hakim partiyanın tam qələbəsi ilə bitdiyi qeyd olunur.

Bildirilir ki, hakim partiya yeni parlamentdə ən azı 66 mandat qazanıb. Həmçinin qeyd edilib ki, 1 mandat uğrunda 6 namizədin mübarizə apardığı seçkilər insidentsiz başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə