Azərbaycanın seçki uğuru Çin mətbuatında

Azərbaycanın seçki uğuru Çin mətbuatında

Çinin "Xinhua" agentliyi Azərbaycanda uğurla baş tutan parlament seçkilərindən yazıb. Secki-2015.az saytının xəbərinə görə, yazıda Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin hesabat öz əskini tapıb. Yazıda bildirilir ki, hakim Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanıb.

Agentliyin yaydığı məlumatda göstərilir ki, seçki məntəqələri saat 19.00-da bağlanıb, seçicilərin 55.7%-i seçkilərdə iştirak edib: "Ən yüksək seçici fəallığı Xəzər (81.2%) rayonunda qeydə alınıb. Seçkiləri beynəlxalq təşkilatlardan 503 müşahidəçi izləyib. Onlar seçkinin çox yaxşı təşkil olunduğunu, demokratik və şəffaf mühitdə keçdiyini bəyan ediblər".

Bütün xəbərlər Facebook səhifəmizdə