Parlametə bu gün keçirilən seçikləri izləmək üçün ölkəmizdə olan Latviya parlamentinin nümayəndə heyəti Hilton otelində media nümayəndələri üçün mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, nümayəndə heyətinin rəhbəri Naudins Romans bildirib ki, seçkilərdə yeniliklərin şahidi olublar.
"Müşahidə apardığımız məntəqələrdə seçkilərin normal, heç bir qanun pozuntusu olmadan keçdiyini gördük. Yeniliklərin şahidi olduq. Seçkilər yaxşı mənada bizi təəccübləndirdi. Seçkilərin gedişinin veb-kameralar vasitəsi ilə canlı şəkildə izlənilməsini müsbət qiymətləndiririk. Bizə xoş gələn digər cəhət ondan ibarət oldu ki, seçki məntəqələrinin qarşısında heç bir təbliğat işi aparılmırdı. Seçki məntəqəsinin sədri ilə tanış olduqdan sonra biz birbaşa müşahidəçilərə müraciət edirdik. Onlarla söhbət etmək bizim üçün maraqlı idi. Çünki bilmək istəyirdik ki, onlar hansı partiyanı, təşkilatı təmsil edirlər. Seçkiqabağı kampaniyaların keçirilməsi ilə maraqlandıq. Bundan başqa seçki məntəqələrində elektrik generatorlar var idi. Bu da müsbət haldır ki, elektirik kəsilərsə, problem aradan qaldırılsın. Bundan əlavə müşahidə aparan zaman digər ölkələrin - Amerikanın, Avstraliyanın, Estoniyanın və digər ölkələrin parlamet nümayəndələri ilə görüşərək onların seçki barədə təəssüratlarinı öyrəndik, fikir mübadilələri apardıq. Onlarda da seçiklərlə bağlı müsbət fikir olduğu üzə çıxdı. Ümumilikdə 500-dən çox xarici müşahidəçilər Azərbaycanda keçirilən seçkiləri izləyib".
Qeyd edək ki, mətbuat konfransında Latviya parlamentinin üzvləri jurnalistlərin suallarını cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB