Türkiyə: parlament seçkilərində səslərin hesablanmasına başlanılıb

Türkiyə: parlament seçkilərində səslərin hesablanmasına başlanılıb

Noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçirilən seçkilərdə səsvermə başa çatıb və səslərin hesablanması prosesi başlayıb.

Ali Seçki Komissiyasının ilkin məlumatına görə, səsvermədə seçicilərin 86,6 faizi iştirak edib. Davam etməkdə olan hesablamalara görə, hakim Ədalət və İnkişaf Partiyası öndə gedir.

TRT HABER telekanalının məlumatına əsasən, yerli vaxtla saat 18:20-dək seçki qutularının 37,5 faizi açılıb.

Sabir Şahtaxtı

Bütün xəbərlər Facebook səhifəmizdə