Səsvermə prosesini yerli müşahidəçilərlə yanaşı, xarici ölkələrdən gələn müşahidəçilər də izləyir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 37 saylı Nizami 1-ci Gəncə Dairə Seçki Komissiyasının məntəqələrində keçirilən səsvermə prosesində bu saatlara qədər heç bir neqativ hal qeydə alınmayıb. Dairə üzrə 320-dən artıq müşahidəçi qeydiyyatdan keçib və onlar hazırda səsvermənin gedişini izləməkdə davam edirlər.
38 saylı Nizami ikinci (Gəncə) DSK-nın tabeliyinə aid olan məntəqələrdə də seçki prossesi davam edir. Bu dairə üzrə məntəqələrdə 400-ə yaxın müşahidəçi var. 39 saylı Kəpəz birinci Gəncə Dairə seçki Komissiyasından bildirilib ki, səsvermə prosesi öz qaydasında davam edir. Vətəndaşlar səhər saatlarından etibarən məntəqələrə gələrək öz seçimlərini edirlər. 40 saylı Kəpəz ikinci Gəncə seçki dairəsində də səsvermə prosesi davam edir. Məntəqələrdə seçicilərin aktivliyi müşahidə olunur.
Qeyd edək ki, seçici aktivliyi Gəncədə fəaliyyət göstərən bütün məntəqələrdə müşahidə olunur.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB