Baş Prokurorluq Azad Mursalıyevin həbsinə aydınlıq gətirdi TƏKZİB

Baş Prokurorluq Azad Mursalıyevin həbsinə aydınlıq gətirdi TƏKZİB

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, bəzi kütləvi informasiya vasitələrində Azad Mursalıyevin həbs olunması barədə yayılmış informasiyalar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib olunur. Göstərilənlərlə bağlı bildiririk ki, Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə A.Mursalıyevin cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən məlumatlara malik olduğunu nəzərə alaraq, eləcə də istintaqla mütəmadi və sıx əlaqələrini təmin etmək məqsədilə müvafiq qaydada ölkə ərazisindən çıxışına məhdudiyyət qoyulub.

Barəsində belə bir məhdudiyyətin mövcudluğunu bilə-bilə A.Mursalıyev oktyabrın 31-də saat 18.45-də dövlət sərhədini "Şıxlı" Sərhəd Nəzarət Məntəqəsindən keçərkən saxlanılıb.

Qazax Rayon Polis Şöbəsində ölkə ərazisindən çıxışına qoyulmuş məhdudiyyətin tələbləri bir daha izah edildikdən sonra o, həmin gün sərbəst buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə