Vüqar Bayramov: “Seçkilər şəffaf və demokratik şəraitdə həyata keçirilir”
"Hazırda "Parlament-2015" Seçki Monitorinq Koalisiyasının üzvü olaraq mənim rəhbərliyim altında müşahidəçilər qrupu Bakının 7 seçki dairəsində monitorinq aparıb. Bunlar paytaxtın Səbail, Nəsimi və Nərimanov rayonlarında yerləşən seçki dairələridir". Bu sözləri Secki-2015.az saytına "Parlament-2015" Seçki Monitorinq Koalisiyasının üzvü, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.
O bildirib ki, 10-larla seçki məntəqəsində müşahidə aparmaq imkanları olub: "İlkin olaraq apardığımız monitorinqlər nəticəsində gəldiyimiz qənaət ondan ibarətdir ki, səsvermə prosesinə hər hansı bir müdaxilə yoxdur. Seçicilər sərbəst şəkildə səsvermə hüquqlarından istifadə edirlər. İstər məntəqənin daxilində, istərsə də ətrafında vətəndaşların seçimlərinə heç kəs təsir etməyə çalışmır. Bütün məntəqələrdə seçici fəallığı hiss olunur".
Koalisiya üzvü qeyd edib ki, ilkin nəticələrinə görə, seçkilər şəffaf və demokratik şəraitdə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB