Qubada seçki məntəqələrində şəffaf qutular möhürlənib

Qubada seçki məntəqələrində şəffaf qutular möhürlənib

Quba və Qusar rayonlarında səhər saat 07:45 radələrində bütün seçki məntəqələrində şəffaf qutular möhürlənib və Parlament seçkilərinə başlanılıb. SİA-nın Şimal bürosundan verilən məlumata görə, saat 8:00-da 52 saylı Quba Seçki Dairəsinin 3 saylı seçki məntəqəsində Bibixanım Şükürova Parlament seçkilərini açıq elan edib.

52 saylı Quba DSK-dan verilən məlumata görə, 45 min 5 nəfər seçici var. 53 saylı Quba-Qusar Dairə Seçki Komissiyasında isə 47 min seçici səsvermə hüququna malikdir.

Məntəqə sədrlərinin sözlərinə görə, seçicilərin səsverməsi üçün lazımi şərait yaradılıb və proses normal şəkildə davam edir.

Bildirək ki, rayonda seçki prosesini izləmək üçün məntəqələrdə 20 veb-kamera quraşdırılıb.

Qeyd edək ki, hazırda seçkilər davam edir.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə