Göygöl-Daşkəsən seçki dairəsində səsvermə davam edir FOTO

Göygöl-Daşkəsən seçki dairəsində səsvermə davam edir FOTO

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə 80 seçki məntəqəsi var. Bu məntəqələrdən 50-i Göygöl, 30-u isə Daşkəsən rayonunda yerləşir. Səhər saatlarından başlayaraq bütün məntəqələrdə seçici fəallığı müşahidə olunur. SİA-nın bölgə müxbiri xəbər verir ki, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin Dairə Seçki Komissiyası üzrə 45 min 257 seçici qeydiyyata alınıb ki, bunlardan 36 min 614-ü Göygöl, 8643 nəfəri isə Daşkəsən rayonundadır. Qeydiyyata alınan seçicilərdən 22 min 495 nəfəri kişi, 22 min 762 nəfəri isə qadındır. Dairə üzrə ilk dəfə 628 nəfər gənc səs verir ki, bunlardan da 498 nəfəri Göygöl, 130 nəfəri isə Daşkəsən sakinidir.

Dairə üzrə ərizə ilə müraciət edən 150 seçicinin mənzillərinə daşınan qutu aparılacaq. Dairə üzrə 5 namizəd qeydiyyata alınıb ki, bunlardan 1-i siyasi partiya, 4 nəfəri bitərəfdir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə